Şəmkirdə yük maşını, Bakıda isə internet klubu yanıb

Şəmkirdə yük maşını, Bakıda isə  internet klubu yanıb
# 06 iyul 2016 02:58 (UTC +04:00)

Bakı-APA. Şəmkir və paytaxtda ötən gecə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonunda vətəndaşa məxsus yük avtomobilinin 1 ədəd arxa təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bakının Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan internet klubunda yanğın baş verib. Nəticədə klubun lambirdən ibarət tavanı, içərisində olan 2 ədəd divan, 1 ədəd kondisioner, 3 ədəd televizor və 9 ədəd kompyuter monitorları yanıb. Klubun qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR