Hakimliyə namizədlərin yazılı imtahanı keçirilir

Hakimliyə namizədlərin yazılı imtahanı keçirilir
# 12 avqust 2016 11:20 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Bakı İdman Sarayında hakimliyə namizədlərin yazılı imtahanı keçirilir. APA-nın xəbərinə görə, yazılı imtahanda test imtahanından müvəffəqiyyət qazanaraq növbəti mərhələyə buraxılan 359 namizəd iştirak edir.

İmtahan başlamazdan əvvəl imtahan binasında keçirilən Məhkəmə-Hüquq Şurasının iclasında hazırlanan imtahan suallarının sayı ilə bağlı qərar qəbul edilib. Bundan sonra həmin binada keçirilən Hakimlərin Seçki Komitəsinin qapalı iclasında suallar hazırlanıb və onlar dərhal imtahan zalına gətirilib.

Namizədlər bu suallardan təsadüfi yolla, lototron vasitəsilə biri cinayət və biri mülki sahəyə aid olmaqla ikisini seçib.

60 və daha çox bal toplamış namizədlər növbəti mərhələyə - şifahi imtahana buraxılacaqlar.

Tam anonoim olan cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndirildikdən sonra imtahan nəticələri elan olunacaq.

İmtahan prosesi Məhkəmə-Hüquq Şurasının saytı – jlc.gov.az vasitəsilə onlayn rejimində birbaşa yayımlanır. İmtahan müddəti 4 saatdır. İmtahanı beynəlxalq və yerli QHT-lər, habelə hüquq müdafiə təşkilatlarından 20-dək müşahidəçi izləyir.

Qeyd edək ki, bu ilin iyun ayında 800-dən çox hakimliyə namizəd vahid zalda test imtahanı veriblər. Onlardan müvəffəqiyyət qazanan 359 namizəd yazılı imtahana buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR