Bakıda avtomobil tərəfindən vurulan piyada xəstəxanada ölüb

Bakıda avtomobil tərəfindən vurulan piyada xəstəxanada ölüb
# 21 aprel 2016 10:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 19-da saat 17.00 radələrində Sabunçu rayonunun H. Hacıbəyov küçəsində Bakı şəhər sakini Sahil Babayev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Həcər Fərhadovanı vurub.

Xəstəxanaya yerləşdirilmiş H. Fərhadova aprelin 20-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR