İran və Azərbaycan turizm sahəsində fəaliyyət planı imzalayacaq

İran və Azərbaycan turizm sahəsində fəaliyyət planı imzalayacaq
# 16 may 2016 13:35 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. Tezliklə İran və Azərbaycan arasında turizm sahəsində fəaliyyət planı imzalanacaq. Bunu APA-nın İran bürosuna açıqlamasında İranın mədəni irs, turizm və əl işləri təşkilatının sədr müavini Murtaza Rəhmani Müvəhhid deyib.


O deyib ki, sənəd Azərbaycan və İran arasında turizm sahəsində əməkdaşlığın inkişafını sürətləndirəcək. "Sənəd tezliklə imzalanacaq. İki ölkə arasında siyasi əlaqələrin yaxşı səviyyədə olmasını nəzərə alaraq turizm sahəsində də əməkdaşlıqda yaxşı nailiyyətlər əldə olunacaq. Azərbaycan və İran arasında böyük mədəni, tarixi və dini bağlılıqlar var. Hər iki ölkənin hökuməti turizm sahəsində əlaqələrin inkişafında maraqlıdır. Bizim üçün turizm sahəsində əlaqələri daha da inkişaf etdirmək önəmlidir", - deyə o qeyd edib.

Sədr müavini bildirib ki, Azərbaycan vətəndaşları daha çox sərhədyanı bölgələrə və Məşhəd şəhərinə səfər edir.

"İran üçün önəmli olan məsələlərdən biri azərbaycanlı turistlər üçün tibbi və dini turizmi təşkil etməkdir", - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR