Bakıda itkin düşən məktəblilər tapılıb - YENİLƏNİB

Bakıda itkin düşən məktəblilər tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 18 fevral 2016 15:47 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda itkin düşən məktəbli uşaqlar tapılıb.

Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, azyaşlılar Hövsan qəsəbəsində tapılaraq ailələrinə təhvil veriliblər.

Polisdən həmçinin bildirilib ki, itkin düşən uşaqlardan birinin nənəsi Hövsanda yaşayır. Uşaqlar da həmin ünvanda olublar.

***

saat 11.12

Bakı. Hafiz Heydərov – APA. Bakıda 11 yaşlı iki məktəbli itkin düşüb.

Bu barədə APA-ya itkin düşən məktəblilərdən biri İsmayıl Şəfiyevin anası Viktoriya Şəfiyeva məlumat verib. Onun sözlərinə görə, oğlu İsmayıl və sinif yoldaşı Şamil Babayev ötən gün təhsil aldıqları 32 №-li məktəbdən çıxıb və evə qayıtmayıblar. Onların harada olmaları barədə heç bir məlumat yoxdur.

V. Şəfiyeva qeyd edib ki, uşaqların itkin düşməsi ilə bağlı Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə məlumat verilib.

Polisdən APA-ya bildirilib ki, hazırda adıçəkilən şəxslərin tapılması istiqamətində axtarışlar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR