Qayıqdan Kür çayına düşən şəxs xilas edilib

Qayıqdan Kür çayına düşən şəxs xilas edilib
# 08 may 2016 11:28 (UTC +04:00)

Bakı-APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri, Kür çayında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 7 km aralıda, nəzarətsiz ərazidə) 1 nəfərin qayıqdan suya yıxılaraq düşməsi barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edərək, aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 12:15-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR