Azərbaycanın klubu avrokuboklardakı hər 2 görüşünü Bakıda keçirəcək

Azərbaycanın klubu avrokuboklardakı hər 2 görüşünü Bakıda keçirəcək
# 27 sentyabr 2016 12:08 (UTC +04:00)

Bakı – APA. Qadın həndbolçulardan ibarət ABU klubunun “Çelenc cup”ın yeni mövsümündə ilk oyunlarının tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, III raunddan mübarizəyə başlayacaq Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi Belçikanın “Femina Vize” klubu ilə hər 2 görüşünü Bakıda keçirəcək.

Artıq bu barədə qarşılıqlı razılıq əldə edilib. Belə ki, komandalar arasında ilk matç noyabrın 12-də olacaq. “Femina Vize”nin nominal ev sahibi olacağı qarşılaşma saat 17:00-da başlayacaq. Ertəsi gün eyni saatda ikinci oyun təşkil olunacaq. Görüşlər “ABU Arena”da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR