Sumqayıtda adam bıçaqlayan şəxsə hökm oxunub

Sumqayıtda adam bıçaqlayan şəxsə hökm oxunub
# 04 may 2016 15:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Zaman Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Z. Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Z. Məmmədov ötən il noyabrın 9-da Sumqayıt şəhərində münaqişə zəminində Rahib Abdullayevi bıçaqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR