Kəraçidə törədilən partlayış nəticəsində 12 nəfər xəsarət alıb

Kəraçidə törədilən partlayış nəticəsində 12 nəfər xəsarət alıb
# 08 may 2016 18:11 (UTC +04:00)

Bakı-APA. Pakistanın Kəraçi şəhərində baş verən partlayış nəticəsində 3-ü uşaq olmaqla azı 12 nəfər xəsarət alıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, naməlum silahlılar restorana qumbara ataraq hadisə yerindən qaçıblar.

Xəsarət alanlar xəstəxanaya çatdırılıblar, onlardan 2-in vəziyyəti ağır kimi qiymətləndirilir.


Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR