Biləsuvarda yük avtomobili yanıb

Biləsuvarda yük avtomobili yanıb
# 07 may 2016 00:25 (UTC +04:00)

Bakı-APA. Biləsuvarda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonunda vətəndaşa məxsus "Ford" markalı yük avtomobilinin mühərrikində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR