ARDNF bugünkü hərracda 50 mln. dollar satıb

ARDNF bugünkü hərracda 50 mln. dollar satıb
# 26 may 2016 12:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, bu vəsaitdən 20 mln. dollar məbləğində vəsait 11 banka və 30 mln. dollar məbləğində vəsait isə Azərbaycan Mərkəzi Bankına satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR