Türkiyədə PKK-çılarla atışmada 1 əsgər həlak olub

Türkiyədə PKK-çılarla atışmada 1 əsgər həlak olub
# 30 may 2016 02:18 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Şırnaq vilayətinin Uludərə rayonunda PKK terrorçuları ilə atışmada 1 əsgər həlak olub.


APA-nın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, axşam saatlarında bir qrup terrorçu rayonun Şimali İraqla sərhədindəki əraziləri atəşə tutub. Hücuma cavab verən təhlükəsizlik güvvələrİ ilə PKK-çılar arasında baş verən atışma zamanı 1 əsgər ağır yaralanıb.


Helikopterlə Şirnaq xəstəxanasına çatdırılan əsgərin həyatını xilas etmək mümkün olmayıb. Əsgərin həlak olduğu atışmadan sonra bölgədə genişmiqyaslı əməliyyata başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR