Ali məktəblərə ərizə qəbulunun vaxtı uzadılıb

Ali məktəblərə ərizə qəbulunun vaxtı uzadılıb
# 28 aprel 2016 15:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2016-2017-ci tədris ilində I-IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun vaxtı uzadılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən xəbər görə, elektron ərizə qəbulu aprelin 29-u saat 13:00-də başa çatacaq.

Bu gün saat 17:30-dək ali məktəblərə 81327 nəfər ərizə verib. Onlardan 74192 nəfəri Azərbaycan, 7135 nəfəri isə rus bölməsinin məzunlarıdır. Ərizə verənlərdən 32566-sı I, 22799-u II, 20295-i III, 5667-si isə IV ixtisas qrupu seçib.

Qəbul imtahanlarında yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR