Bakıda və Kürdəmirdə narkotik becərən şəxslər tutulub

Bakıda və Kürdəmirdə narkotik becərən şəxslər tutulub
# 14 sentyabr 2015 10:32 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novxanı qəsəbəsində yaşayan Kənan Quliyevin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 568,5 qram olan 18 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Sığırlı kəndində yaşayan Novruz İsmayılovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 96 kiloqram olan 120 ədəd çətənə kolu və 1 kiloqram marixuana aşkarlanıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR