Azərbaycanın “Eurovision” təmsilçisi “Miracle” mahnısının iki remiksini təqdim edib

Azərbaycanın “Eurovision” təmsilçisi “Miracle” mahnısının iki remiksini təqdim edib
# 18 aprel 2016 16:03 (UTC +04:00)

Bakı-APA. Azərbaycanı bu il keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində təmsil edəcək Səmra Rəhimli öz promo turu çərçivəsində bu gün Avropadakı fanatları üçün “Miracle” mahnısının iki remiksini təqdim edib.

APA-nın xəbərinə görə, remikslərdən biri Tomas Neverqrin, digəri isə məşhur azərbaycanlı musiqiçi DJ Kamil tərəfindən hazırlanıb.

Tomas Neverqrin 2010-cı ildə “Eurovision” mahnı müsabiqəsində öz ölkəsini - Danimarkanı təmsil edib. Bununla yanaşı, ifaçının “Since You Have Been Gone” və “Everytime” (I see your smile) kimi mahnıları bir neçə dəfə Şərqi Avropanın ən çox dinlənən on mahnısı sırasına daxil olub.

Tomas Neverqrin Səmra Rəhimli ilə əməkdaşlığı barədə bunları deyib: “Bu il mən “Miracle” mahnısının remiksini hazırlamaq fürsətini əldə etdim. Bu gözəl mahnı gənc azərbaycanlı ifaçı Səmra tərəfindən oxunur. Stokholmda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində ona uğurlar arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR