Baxçalının əsas rəqibi olan Meral Akşener MHP-dən çıxarılacaq

Baxçalının əsas rəqibi olan Meral Akşener MHP-dən çıxarılacaq
# 16 avqust 2016 12:29 (UTC +04:00)

Bakı - APA. Türkiyədə Milliyətçi Hərəkat Partiyasının (MHP) başqanlığına iddialı Meral Akşener də daxil olmaqla, 4 partiya üzvü MHP-dən xaric olunacaq.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bununla bağlı MHP-dən verilən məlumatda qeyd edilib ki, M. Akşener, Ayhan Erel, Ali Sağır və Mehmet Bilgiçin partiyadan xaric olunması məsələsinə MHP Mərkəzi Nəzarət Komissiyası baxacaq.

M. Akşener, A. Erel, A. Sağır və M. Bilgiç partiyanın Nizamnaməsinin iki maddəsini pozmaqda günahlandırılır.

M. Akşener isə bu məlumatı kəskin etirazla qarşılayıb.

Qeyd edək ki, MHP-də başqanlığa iddialı olan M. Akşener hazırkı başqan Dövlət Baxçalının əsas rəqibi sayılır.

Ancaq 15 iyulda hərbi çevriliş cəhdi zamanı M. Akşenerin mövqe ortaya qoymaması və meydana çıxmaması onun nüfuzuna böyük zərbə vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR