İraqın Hərbi-Hava Qüvvələri İŞİD-in Mosuldakı 19 komandirini məhv edib

İraqın Hərbi-Hava Qüvvələri İŞİD-in Mosuldakı 19 komandirini məhv edib
# 21 avqust 2016 04:53 (UTC +04:00)

Bakı-APA. İraqın Hərbi-Hava Qüvvələri İŞİD-in Mosuldakı 19 komandirini məhv edib.

APA-nın “Sputnik”ə istinadən verdiyi xəbərə görə, bu barədə İraq ordusunun informasiya bürosunun bəyanatında bildirilir.

“Hərbi-Hava Qüvvələrinin qırıcı təyyarələri İŞİD qruplaşmasının Mosulun Əl-Misak məhəlləsindəki qərargahına hava zərbələri endirib. Zərbələr qərargahda qruplaşmanın yüksək çinli komandirlərinin toplantısı keçirilən an endirilib. Uğurlu zərbə nəticəsində qərargah tamamilə dağıdılıb, orada olan 19 terrorçu məhv edilib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Mosul şəhəri 2014-cü ildən İŞİD qruplaşmasının nəzarətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR