Türkiyə və Ukrayna prezidentləri strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər

Türkiyə və Ukrayna prezidentləri strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər
# 21 avqust 2016 01:34 (UTC +04:00)

Bakı-APA. Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayip Ərdoğan və Pyotr Poroşenko strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

“Tərəflər iki dövlət arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində səylərini davam etdirmək niyyətində olduqlarını bildiriblər. Ölkə başçıları enerji sahəsində əməkdaşlığın inkişafı məsələlərini ayrıca müzakirə ediblər”, - deyə məlumatda bildirilir.

Bundan başqa, Poroşenko çevriliş cəhdi kontekstində Türkiyə prezidenti və hökumətini dəstəklədiyini təsdiqləyib.

Также глава украинского государства выразил соболезнования в связи с террористическими актами, произошедшими на востоке Турции.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR