Neft və Sənaye Universitetinin rektoru: "Tədrisdə keyfiyyət ilinə qədəm qoymuşuq"

Neft və Sənaye Universitetinin rektoru: "Tədrisdə keyfiyyət ilinə qədəm qoymuşuq"
# 04 oktyabr 2016 11:23 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kifayət qədər islahat aparılıb. Universitetdə olan 50-dən çox kafedradan bu gün 28-i fəaliyyət göstərirsə, artıq hansı islahatdan söhbət gedə bilər?”

Bunu APA-ya açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı deyib.

Rektorun sözlərinə görə, islahatlar dövründə fakültələr arasında ixtisar aparılmayıb: “Fakültələr, ixtisaslar hamısı yerindədir. İslahatlar islahat xətrinə həyata keçirilməyib. Biz idarəçiliyi yaxşılaşdırmaq, mövcud olan infrastrukturu tədrisə kökləmək məqsədi ilə bu islahatları aparmışıq. Ona görə də bütün struktur dəyişikliyimiz həyata keçirilib. Bundan sonra təhsildə və tədrisdə keyfiyyət ilinə qədəm qoymuşuq”, - deyə, rektor bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR