FHN-in müfəttişliyi Neftçala və Salyanda səyyar xidmət göstərib

FHN-in müfəttişliyi Neftçala və Salyanda səyyar xidmət göstərib
# 11 iyun 2016 08:57 (UTC +04:00)

Neftçala. Əlibəy Zeynallı - APA. Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları iyunun 10-u və 11-i Salyan rayonun Xıdırlı kəndində, daha sonra isə Neftçala rayonunun Sahiloba və Qoltuq kəndində səyyar xidmət layihəsi həyata keçirib.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, məqsəd əsasən vətəndaşların paytaxta gəlməklə böyük məsafə qət etmədən sənədlərin alınmasını asanlaşdırmaqdır.

Müfəttişliyin əməkdaşları kiçik həcimli gəmi istifadəçilərinə texniki baxış talonları, sürücülük hüququna malik olan vətəndaşlara sürücülük vəsiqələri (gəmi biletləri) təqdim olunub. Həmçinin gəmi istifadəçilərinə gəmilərin təhlükəsiz istismar olunması qaydalarına əməl edilməsi mövzusunda maarifləndirici söhbətlər aparıblar. Ümumilikdə 2 gün ərzində 300 nəfər gəmi istifadəçisinə sənədlər təqdim olunub. Yerli sakinlər göstərilən xidmətə görə, ölkə rəhbərliyinə o cümlədən FHN rəhbərliyinə minnətdarlıqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR