Ələt-Astara magistralında baş verən yol qəzasında bir nəfər ölüb

Ələt-Astara magistralında baş verən yol qəzasında bir nəfər ölüb
# 01 mart 2016 04:42 (UTC +04:00)

Cəlilabad . Ağəddin Babayev – APA. Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə hadisə gecə saatlarında Ələt-Astara magistralının Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayon sakini Rasim Balabəy oğlu Həsənovun idarə etdiyi “KamAZ” markalı minik yük maşını Bakı istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn Cəlilabad rayonunun Göytəpə şəhər sakini Mehman Tahir oğlu Mürsəlovun idarə etdiyi “Naz Lifan” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbədən “KamAZ” aşıb, minik avtomobili isə yararsız vəziyyətə düşüb. Onun sürücüsü isə aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

İlkin versiya kimi, qəzaya minik avtomobilinin qəfildən yük maşınının qarşısına çıxmasının səbəb olduğu bildirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR