MTRŞ: “Kanal D”-nin kabel şəbəkəsi yayımçılarının siyahısına daxil edilməməyində xüsusi məqsəd yoxdur

MTRŞ: “Kanal D”-nin kabel şəbəkəsi yayımçılarının siyahısına daxil edilməməyində xüsusi məqsəd yoxdur
# 27 aprel 2016 15:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Türkiyənin “Kanal D” telekanalının kabel şəbəkəsi yayımçılarının yayımladığı xarici telekanalların siyahısına daxil edilməməyində xüsusi məqsəd yoxdur”.

Bunu APA-ya Milli Televiziya və Radio Şurası (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov mətbuatda MTRŞ tərəfindən kabel şəbəkəsi yayımçılarına “Kanal D” telekanalının yayımının dayandırılması haqqında göstəriş verilməsi haqda yazılanlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ötən il MTRŞ Azərbaycanda retranslyasiya olunacaq xarici telekanalların siyahısını təsdiqləyib. Lisenziyanın qayda və şərtlərinə uyğun olaraq, kabel şəbəkəsi yayımçıları həmin siyahıda qeyd edilmiş telekanalları retranslyasiya etmək hüququna malikdir: “Biz Türkiyənin bütün telekanallarını retranslyasiya etmək məcburiyyətində deyilik. Əvvəllər kabel şəbəkəsi yayımçıları 300-ə yaxın xarici telekanalı retranslyasiya edirdi ki, bu da keyfiyyətə təsir edirdi. Vətəndaş seçim edə bilmirdi. Şura keçən il kabel şəbəkəsi yayımçıları üçün 200-dən artıq xarici telekanalın siyahısı təsdiqlədi. Bu 200-dən artıq telekanaldan kabel şəbəkəsi yayımçıları 100-nü seçib yayımlaya bilər”.

T. Məmmədov qeyd edib ki, teleradio yayımı üzrə xüsusi razılığa (lisenziyaya) malik olmayan əcnəbi telekanalların retranslyasiyası həyata keçirilə bilməz: “Reklamın yayımı ilə bağlı qanunvericilikdə nəzərdə tələblərə cavab verən, xüsusi razılıq (lisenziya) almış digər əcnəbi telekanalların retranslyasiyası məsələsinə gələcəkdə baxıla bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR