İsmayıllıda avtomobil yolunda sürüşmə baş verib

İsmayıllıda avtomobil yolunda sürüşmə baş verib
# 01 iyun 2016 13:05 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. İsmayıllı rayonu ərazisində, Basqal-Sulut avtomobil yolunda sürüşmə hadisəsi baş verib. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib.

Baş geoloq qeyd edib ki, atmosfer yağıntılarının təsirindən ərazidə uzunluğu 120-140 metr olan sürüşmə sahəsi yaranıb.

Ə. Piriyev onu da qeyd edib ki, Basqal-Sulut avtomobil yolundakı sürüşmə rayon ərazisində yeni sürüşmə sahəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR