ETSN: İstilər davam edəcək

ETSN: İstilər davam edəcək
# 08 avqust 2016 09:21 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Ölkə ərazisində isti hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək.

Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, avqust ayının I ongünlüyündə isti hava şəraiti müşahidə olunacaq: “İsti hava şəraiti ilə bağlı xəbərdarlığımız qüvvədədir”.

G. Məmmədova qeyd edib ki, hava şəraitinin isti keçməsi avqust ayı üçün xarakterikdir: “Yaxın 2-3 gün ərzində isti və sabit hava şəraitinin davam edəcəyi, cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir”.

Qeyd edək ki, son günlər ölkə ərazisində havanın temperaturu 40 dərəcəni keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR