Rusiya Suriyada “S-300” zenit-raket komplekslərini yerləşdirdiyini təsdiqləyib

Rusiya Suriyada “S-300” zenit-raket komplekslərini yerləşdirdiyini təsdiqləyib
# 04 oktyabr 2016 20:16 (UTC +04:00)

Bakı-APA. Rusiya Suriyada “S-300” zenit-raket komplekslərindən ibarət batareya yerləşdirdiyini təsdiqləyib

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, batareyanın vəzifəsi Tartusdakı hərbi-dəniz bazasının və sahilə yaxın zonadakı Rusiya hərbi gəmilərinin təhlükəsizliyini təmin etməkdir.

“Xatırladım ki, “S-300” zenit-raket kompleksi istisna olaraq müdafiə sistemidir və heç kimə heç bir təhlükə yaratmır”, - deyə o bildirib.

Qeyd edək ki, ABŞ-ın “Fox News" telekanalı bundan əvvəl hərbi mənbələrinə istinadən bildirib ki, Rusiya Suriyada ilk dəfə olaraq "Antey-2500" S-300B4 (NATO təsnifatına görə SA-23 Gladiator) qabaqcıl hava hücumundan müdafiə sistemi yerləşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR