Son 1 ildə Naxçıvanda əhaliyə verilən ipoteka kreditlərinin həcmi 3 mln. manata yaxın artıb

Son 1 ildə Naxçıvanda əhaliyə verilən ipoteka kreditlərinin həcmi 3 mln. manata yaxın artıb
# 27 iyul 2015 10:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin ilk altı ayı ərzində Naxçıvan Muxtar Respublikasında 4 mln. 684 min manat həcmində ipoteka krediti verilib.

APA-Economics”in xəbərinə görə, bu barədə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin rəisi Elçin Əliyev məlumat verib. Onun sözlərinə görə, son 1 ildə bu göstərici 2 mln. 720 min manat artıb.

2015-ci ilin ilk altı ayı ərzində verilmiş ipoteka kreditlərinin həcmi, ümumilikdə, 2014-cü il ərzində verilmiş kreditlərin həcmindən 2 mln. 630 min manat artıq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR