Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 26 Fevral - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 26 Fevral - <span style="color: red;">VİDEO
# 26 fevral 2015 17:02 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın ən yeni tarixi Xocalıda bölünür. Xocalıyadək olan tarix və Xocalıdan sonrakı tarix. 1992-ci il fevralın 26-dan bu yana ən yeni tariximizin Xocalıdan sonrakı dövrünü yaşayırıq. Bu dövrün nə zaman başa çatacağı bəllidir - Xocalı soyqırımının qisasını alanda. Qisas günü bizim tariximizin yeni şanlı səhifəsi olacaq və Azərbaycanın müstəqillik tarixi növbəti dəfə o səhifədən başlayacaq. Qisas - Xocalı soyqırımına hüquqi qiymət verilməsi ilə olacaq, dünyada hər kəs 1992-ci il fevralın 26-da insanların milli, dini və irqi mənsubiyyətinə görə öldürüldüyünü qəbul edəcək və insanlığa qarşı bu cinayəti pisləyəcək. O günə hamımız hazır olmalıyıq, o günü hamımız əməllərimizlə yaxınlaşdırmalıyıq. Xocalı soyqırımı qurbanlarının xatirəsini anma tədbirlərinin mahiyyəti bax, budur. Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyir, ruhları şad olsun deyirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR