AMEA-da yeni kadr təyinatları olub

AMEA-da yeni kadr təyinatları olub
# 04 mart 2015 14:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni kadr təyinatları edilib.

APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin (RH) bu gün iclasında qəbul edilən qərara əsasən, Hüquq və kadrlar idarəsinə, o cümlədən İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılmasına idarəsinə yeni əməkdaşlar seçilib.


Dəyişiklik barədə akademik İbrahim Quliyev məlumat verib. Belə ki, dəyişikliklərə əsasən, Anar Əliyev Hüquq və kadrlar idarəsinin Qanunvericilik təminatı şöbəsinin rəis müavini, texnika üzrə fəlsəfə doktoru Dilquşa Mirzəyeva Hüquq və kadrlar idarəsinin Kadrlar şöbəsinin rəisi, Svetlana Kərimova Hüquq və kadrlar idarəsinin Kadrlar şöbəsinin rəis müavini, Nərgiz Qəhrəmanova isə AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırma idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR