Bakı. Fuad Cəfərov - APA. Salyan sakininin mağazasından tüfəng və külli miqdarda patron tapılıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qalalı kəndində kənd sakini Ruhid Məlikova məxsus mağazaya baxış zamanı 2 ədəd “ARAL” markalı tir tüfəngləri, 25 qutu qırma, 16 qutu barıt, 1344 ədəd alışdırıcı və 3236 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.