Avro Azərbaycan manatına qarşı 0,6% möhkəmlənib

Avro Azərbaycan manatına qarşı 0,6% möhkəmlənib
# 28 iyul 2015 06:37 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün iyulun 27-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə azalıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyulun 28-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0004 manat və ya 0,04% azalaraq 1,0488 manat təşkil edib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0068 manat və ya 0,59% artaraq 1,1615 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR