Hacıqabul rayonunda “toy karvanı” qəzaya uğrayıb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Hacıqabul rayonunda “toy karvanı” qəzaya uğrayıb, 2 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 21 aprel 2015 17:43 (UTC +04:00)

APA-nın xəbərinə görə, Bakı sakini 1958-ci il təvəllüdlü Rüstəmov Mülkədar Şamil oğlunun idarə etdiyi “MAN” markalı 90 ME 362 nömrəli nişanlı yük maşını “toy karvanı”nda gedən İmişli rayon, Yalavac kənd sakini 1969-cu il təvəllüdlü Fərmanov Elxan Ağamoğlan oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes”də olan İmişli rayon Yalavac kənd sakinləri 1984-cü il təvəllüdlü Muradova Esmira Salamat qızı və 1962-ci il təvəllüdlü Şükürova Nisə Şahverdi qızı ağır qapalı kəllə-beyin travması diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsində yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hadisə ilə bağlı istintaq aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR