Narkotik dövriyyəsində təqsirləndirilən şəxs 8 il həbs cəzası alıb

 Narkotik dövriyyəsində təqsirləndirilən şəxs 8 il həbs cəzası alıb
# 04 sentyabr 2015 14:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elvin Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə E. Aslanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E. Aslanov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsinə əsasən ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR