“Rabitəbank” “CONTACT” pul köçürmələri sistemi ilə birgə xüsusi aksiya keçirir

“Rabitəbank” “CONTACT” pul köçürmələri sistemi ilə birgə xüsusi aksiya keçirir
# 08 may 2015 08:39 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Rabitəbank” ASC və “CONTACT” pul köçürmələri sistemi “Bakı-2015” I Avropa Oyunları ərəfəsində müştərilər üçün “Bakı – 2015, Kontaktlılar, Avropalılar, Sizinkilər” şüarı altında xüsusi aksiyaya start verib.

Bankdan “APA-Econmics”ə verilən xəbərə görə, mayın 31-dək davam edəcək aksiyada, “CONTACT” ödəniş sistemi vasitəsilə “Rabitəbank”ın istənilən filialında pul köçürməsi edən bütün müştərilər hədiyyə qazanmaq şansı əldə edəcəklər. Aksiya çərçivəsində yaradılmış uduş fondu “Bakı-2015” Avropa Oyunlarının açılış mərasiminə 10 bilet və bağlanış mərasiminə 20 biletdən ibarətdir.

Qaliblərin müəyyənləşdirilməsi üçün iki meyar əsas götürüləcək: aksiya müddətində ən çox məbləğdə və 300 dollardan az olmayaraq ən çox sayda pul köçürməsi edən müştərilər qalib ola biləcəklər.

Qeyd edək ki, aksiyanın qaliblərinə hədiyyələrin təqdimatı mərasiminin 5-10 iyun tarixlərində keçirilməsi nəzərdə tutulub.

22 il ərzində ölkədə kiçik və orta sahibkarlara maliyyə xidmətləri göstərən “Rabitəbank” ASC-nin filial şəbəkəsi ilə bura daxil olmaqla tanış ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR