Bu ilin 7 ayında kreditlərin sığortasında ödənişlər artıb

Bu ilin 7 ayında kreditlərin sığortasında ödənişlər artıb
# 14 avqust 2015 08:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-iyul aylarında sığorta ödənişlərinin ən ciddi artımı kreditlərin sığortasında qeydə alınıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, bu növ sığortada ödənişlər 35,4 dəfə artaraq 114,4 min manat təşkil edib. Bundan başqa, həyatın yaşam sığortasında 11,1 dəfə artaraq 28,4 mln. manat, həyatın ölüm halından sığortasında isə 3 dəfə artaraq 1,5 mln. manat olub.

Sığorta ödənişlərinin məbləği sağalmaz xəstəliklərdən sığortada 9,6% artaraq 13,7 min manat, tibbi sığortada 5,1% artaraq 28,7 mln. manat, avtomobillərin icbari sığortasında isə 14,5% artaraq 18,7 mln. manat təşkil edib.

7 ay ərzində sığorta ödənişlərinin ən çox azalması isə hava və su nəqliyyat vasitələrinin sığortasında, işçilərin dələduzluğu sığortasında və yanğından icbari sığortada qeydə alınıb. Bu növ sığortalar üzrə ödəniş 100% azalıb. Bundan başqa, peşə məsuliyyətinin sığortası üzrə ödəniş 87% azalaraq 1,45 min manat, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında ödəniş 84% azalaraq 2 min manat olub.

Sığorta ödənişlərinin məbləği fərdi qəza və xəstəlik sığortasında 11,5% azalaraq 668,7 min manat, səfər sığortasında 16,1% azalaraq 110,1 min manat, əmlakın yanğından və digər risklərdən sığortasında 22,1% azalaraq 4,6 mln. manat, kasko sığortasında 7,7% azalaraq 14,6 mln. manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 66,6% azalaraq 124,1 min manat olub. İstehsalatda bədbəxt hadisələrdən sığortada 13,4% artaraq 1,5 mln. manat, daşınmaz əmlakın icbari sığortasında isə 48,7% azalaraq 673,2 min manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında isə 75,4% azalaraq 0,9 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR