İsveçdə avtomobilin partladılması nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb

İsveçdə avtomobilin partladılması nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb
# 14 iyun 2015 00:30 (UTC +04:00)

Bakı-APA. İsveçin Göteboq şəhərində avtomobildə baş vermiş partlayış nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, avtomobil yol kəsişməsində partlayıb, hadisə zamanı avtomobilin salonunda balıq tutmağa yollanan üç kişi və bir azyaşlı uşaq olub.

Ölənlərin qohumları iddia edir ki, partlayış bombanın partladılması nəticəsində törədilib.

Polis insidentlə bağlı araşdırma aparır. Hadisənin təfərrüatları və səbəbləri açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR