Almaniyanın Yena şəhərində Novruz bayramına həsr olunan tədbir keçirilib - FOTOSESSİYA

Almaniyanın Yena şəhərində Novruz bayramına həsr olunan tədbir keçirilib  - <span style="color: red;">FOTOSESSİYA
# 07 mart 2015 19:45 (UTC +04:00)

Bakı-APA. Martın 6-da Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası təşkilatının Azərbaycan mədəniyyətinin Almaniyada təbliğatı proqramına uyğun olaraq növbəti tədbir keçirilib. Təşkilatdan APA-ya verilən xəbərə görə, Almaniyanın Yena şəhərində baş tutan tədbir Novruz bayramına həsr olunub. “Novruz Party” adlanan musiqili gecədə əsasən Azərbaycan mahnıları ifa olunub. Tədbir zamanı xüsusi monitorlarda ölkəmizi və Novruz bayramını əks etdirən video çarxlar nümayiş olunub. Eyni zamanda tədbirdə Novruz şirniyyatları olan stend də qurulmuşdu.

Yena şəhərinin ən böyük əyləncə məkanında baş tutan tədbirdə 200 nəfərə yaxın alman və digər ölkələrdən olan nümayəndələr iştirak etdilər. Milli musiqilərimiz və Novruz şirniyyatları müxtəlif ölkələrdən olan iştirakçılarda xoş təssüratlar yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR