Azərbaycanda gənələrin yeni növləri aşkar edilib

Azərbaycanda gənələrin yeni növləri aşkar edilib
# 30 mart 2015 11:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun əməkdaşı aktinedid gənələrin ölkə faunası üçün bir neçə yeni növünü aşkar edib.

Zoologiya İnstitutundan APA-ya verilən xəbərə görə, Araxnologiya laboratoriyasının əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Oqtay Aslanov Qafqazın dağ-çöl və dağ-meşə qurşaqlarında apardığı araşdırma nəticəsində Qafqaz faunası üçün 1 yarımfəsilə, 1 cins, 4 növ, Azərbaycan faunası üçün isə 3 cins və 4 növ müəyyən edib. Abşeron, Xaçmaz və Lənkəran ərazilərində apardığı tədqiqatlar nəticəsində isə O.Aslanov dünyada ilk dəfə olaraq Spinibdella tenuirostris növünün (Bdellidae fəsiləsi) erkəyi və Neomolgus paracapillatus növünün dişisini tapıb.

Qeyd etmək lazımdır ki, bu sahə üzrə müxtəlif illərdə bir çox alim tərəfindən araşdırmalar aparılıb. Lakin 1986-cı ildən bu günə kimi aktinedid gənələrin tədqiqatı yalnız Oqtay Aslanovun adı ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR