İmişlidə 17 yaşlı oğlanı elektrik enerjisi vuraraq öldürüb

İmişlidə 17 yaşlı oğlanı elektrik enerjisi vuraraq öldürüb
# 20 iyun 2015 10:57 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. İmişlidə 17 yaşlı gənci elektrik enerjisi vuraraq öldürüb.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə iyunun 19-da İmişli şəhərində yerləşən 2 mərtəbəli binanın damında baş verib. İmişli şəhər sakini, 1998-ci il təvəllüdlü Orucov Emin Alim oğlu binanın üstündə iş görərkən 10 kilovoltluq elektrik xəttinə başı ilə toxunub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR