“Azəryolservis”: Heydər Əliyev prospektində görülən işlərin bir hissəsi başa çatdırılıb

“Azəryolservis”: Heydər Əliyev prospektində görülən işlərin bir hissəsi başa çatdırılıb
# 07 aprel 2015 12:25 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Heydər Əliyev prospektinin Böyükşor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan hissəsində təmirin aparılmasında əsas məqsəd I Avropa Oyunlarına hazırlıq dövründə prospektin görkəmini daha da yaxşılaşdırmaqdır.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının qaşınaraq yenisi ilə əvəzlənməsi ilə yanaşı, səki daşlarının dəyişdirilməsi, ayrıcı zolağa tamet daşının döşənməsi, zəruri olan ərazilərdə yağış-kanalizasiya sisteminin yenidən qurulması, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi, yerüstü piyada keçidinin rekonstruksiyası və s. işlər aparılır.

Artıq 5 km-lik hissənin 1,8 km hissəsinə asfalt-beton örtük döşənib, 1 km hissədə yolun hərəkət hissəsinin üfüqi nişanlanması başa çatdırılıb. Üfüqi nişanlanma zamanı termoplastik yol cizgi boyasından istifadə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR