Azərbaycandakı BOKT-lardan biri 14% gəlirliliklə istiqraz buraxır

Azərbaycandakı BOKT-lardan biri 14% gəlirliliklə istiqraz buraxır
# 27 fevral 2015 16:04 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Finex Kredit" ASC bank olmayan kredit təşkilatı istiqraz emissiyasına hazırlaşır.

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 400 min dollar, yerləşdiriləcək istiqrazların sayı 800 ədəd, bir istiqrazın nominal dəyəri isə 500 dollardır. İstiqrazların tədavül müddəti 720 gün, istiqraz üzrə gəlirlilik isə 14% təşkil edir.

Yerləşdirmədə anderrayter kimi “Texnika Kapital Menecment” MMC çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR