Avropa Oyunlarında 59 Olimpiya, 200 dünya çempionu mübarizə aparacaq

Avropa Oyunlarında 59 Olimpiya, 200 dünya çempionu mübarizə aparacaq
# 08 iyun 2015 07:10 (UTC +04:00)

Bakı – APA. İyunun 12-28-də Bakıda keçiriləcək Avropa Oyunlarına qatılacaq Olimpiya və dünya çempionlarının sayı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı-2015-də mübarizə aparacaq 6000 atletdən 150-si Olimpiadanın mükafatçısıdı.

Onlar arasında 4 ildən bir keçirilən möhtəşəm yarışın qalibləri üstünlük təşkil edir. Belə ki, 150 Olimpiya mükafatçısından 59-u çempionlardı.

Bununla yanaşı, paytaxtımıza kifayət qədər dünya çempionatlarının mükafatçısı gələcək ki, onlardan da təxminən 200-ü mundialın baş mükafatının sahibləridi.

Qeyd edək ki, Avropa Oyunları 20 idman növü üzrə keçiriləcək və bunlardan 12-si Rio-2016-ya lisenziya və ya lisenziya xalı verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR