Opera və Balet Teatrında mövsümə yekun vurulub

 Opera və Balet Teatrında mövsümə yekun vurulub
# 01 iyul 2015 12:05 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında mövsümün son səhnə əsəri nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mövsümə Cüzeppe Verdinin “Traviata” operası ilə yekun vurulub.

Tamaşaya xalq artisti Cənnət Səlimova quruluş verib. Səhnə əsərinin tərtibatçısı xalq rəssam Tahir Tahirovdur.

Operada partiyaları teatrın aparıcı aktyorları oynayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR