“TOUR d’ AZERBAİDJAN” velosiped turunun III mərhələsi ilə əlaqədar bağlanacaq yolların siyahısı açıqlanıb

“TOUR d’ AZERBAİDJAN” velosiped turunun III mərhələsi ilə əlaqədar bağlanacaq yolların siyahısı açıqlanıb
# 07 may 2015 16:31 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, aşağıdakı yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:

Ağdaş-Zarağan-Qəbələ yolu:

Ağdaş-Zarağan-Qəbələ yolunun Qəbələdən Zarağanadək olan hissəsi (hər iki istiqamətdə)

saat 09:20-dən 09:50-dək və saat 13:30-dan14:00-dək

Zarağan-Oğuz-Şəki yolu:

Zarağan-Oğuz yolunda Oğuz rayon mərkəzi daxil olmaqla (hər iki istiqamətdə)

saat 09:30-dan 10:50-dək və 12:30-dan 13:40-dək

Oğuz-Şəki yolunda Şəki rayon mərkəzi daxil olmaqla (hər iki istiqamətdə)

saat 10:40-dan 12:40-dək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR