ATƏT: Donetsk aeroportunda 10 ukraynalı hərbçinin meyiti aşkarlanıb

ATƏT: Donetsk aeroportunda 10 ukraynalı hərbçinin meyiti aşkarlanıb
# 01 mart 2015 01:17 (UTC +04:00)

“Monitorinq missiyası Donetsk aeroportunda olub. DXR (“Donetsk Xalq Respublikası”) qüvvələrinin komandiri aeroportun ərazisində 10 ukraynalı hərbçinin meyitinin aşkarlandığını bildirib. DXR nümayəndələri üzərində Ukrayna ordusuna məxsus fərqlənmə nişanları olan hərbi geyimli 2 əsgərin meyitini və içərisində Ukrayna əsgərlərinin meyitlərinin qalıqları olan kisələri missiya üzvlərinə nümayiş etdiriblər”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT mətbuat xidmətinin məlumatında bildirilib.

Müşahidəçilərin sözlərinə görə, separatçıların rəhbərliyi meyitləri morqa yerləşdirmək sonra isə Ukrayna ordusunun nümayəndələrinə təhvil vermək niyyətində olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR