Hərbi liseylərə sənəd verən abituriyentlərə "İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlanıb

Hərbi liseylərə sənəd verən abituriyentlərə "İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlanıb
# 24 iyul 2015 10:32 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına və hərbi liseylərə keçirilən qəbul imtahanında iştirak edəcək abituriyentlərə "İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlayıb.

Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, abituriyentlər TQDK-nın saytında müvafiq sistemə daxil olaraq, “İmtahana buraxılış vərəqəsi” çap edib götürməlidirlər.

“İmtahana buraxılış vərəqəsi” olmadıqda abituriyentlər imtahana buraxılmır.

Qeyd edək ki, imtahan iyulun 30-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR