Ötən ay 85 minədək avtomobil icbari sığortaya cəlb olunub

Ötən ay 85 minədək avtomobil icbari sığortaya cəlb olunub
# 01 sentyabr 2015 08:49 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin avqust ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 89 193 müqavilə qeydiyyata alınıb.

İSB-dən "APA-Economics"ə verilən xəbərə görə, bunların 15 278-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 7,2 mln. manat təşkil edib.

Qeyd edək ki, 2014-ci ilin avqust ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 9,6%, sığorta haqlarının məbləğində isə 6% azalma müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR