Elman Mehdiyev: "Sığortaolunanların fərdi uçota marağı artıb"

Elman Mehdiyev: "Sığortaolunanların fərdi uçota marağı artıb"
# 24 iyul 2015 09:16 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunda (DSMF) sığortaolunanların fərdi uçot sisteminin qurulması prosesində fərdi uçota alınanların sayı cari ilin 6 ayı ərzində 122,5 min nəfər artaraq iyulun 1-nə kimi 3 mln. 98 min nəfərə çatıb.

APA-Economics” xəbər verir ki, bu barədə jurnalistlərə DSMF sədri Elman Mehdiyev bildirib.

Fond rəhbəri qeyd edib ki, bu, Azərbaycan prezidentinin ölkədəki yeni iş yerlərinin yaradılması və iqtisadiyyatın dayanıqlı inkişafı siyasətinin uğurlu nəticələrindəndir.

E. Mehdiyev cari ilin I yarısında sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesinin uğurla aparıldığını vurğulayaraq, fondun internet saytında fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması xidmətinin öz fəaliyyətini davam etdirdiyini bildirib.

“Bu xidmət çərçivəsində hər bir sığortaolunan fərdi şəxsi hesabında əks olunan pensiya kapitalı, iş yerləri üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları maneəsiz əldə etmək imkanına malikdir ki, bütün bunlar işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə imkan verir”, - deyə fondun sədri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR