Sumqayıt sakini alkoqoldan zəhərlənərək ölüb

Sumqayıt sakini alkoqoldan zəhərlənərək ölüb
# 19 mart 2015 09:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıt şəhər sakini alkoqoldan zəhərlənərək ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 18-də Sumqayıt şəhərindən şəhər sakini Xalid Zeynalov alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR