Azərbaycanın həyat sığortaçısı nizamnamə kapitalını artırır

Azərbaycanın həyat sığortaçısı nizamnamə kapitalını artırır
# 27 noyabr 2014 12:10 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Qala Həyat" sığorta şirkətini adi sənədli adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan “APA-Economics”ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 156 manat, sayı 3 500 ədəd, emissiyanın ümumi həcmi isə 7,546 mln. manat təşkil edir.

Emissiya şirkətin hər birinin nominal dəyəri 1 628 manat olan 3 500 ədəd (ümumi həcmi 5,698 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR