“Axırıncı dayanacaq” filminin premyerası keçiriləcək

“Axırıncı dayanacaq” filminin premyerası keçiriləcək
# 07 oktyabr 2014 11:05 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Oktyabrın 17-də Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının lentə aldığı “Axırıncı dayanacaq” filminin premyerası keçiriləcək.

APA - nın məlumatına görə, yeni ekran əsəri ironik-komediya janrında çəkilib. Filmin çəkilişləri Bilgəh qəsəbəsindəki qocalar evində və kinostudiyanın pavilyonunda aparılıb.

Yeni filmin süjet xətti yaşlı qocalar evinə düşmüş polkovnikin macəraları üzərində qurulub. Filmin ssenari müəllifi İlqar Fəhmi, rejissoru əməkdar incəsənət xadimi Fikrət Əliyev, baş prodüsseri Müşfiq Hətəmovdur.

Ekran əsərində xalq artistləri Arif Quliyev, Fuad Poladov, Tariyel Qasımov, Zemfira Nərimanbəyova, aktyorlar Tofiq Hüseynov, Qorxmaz Əlili, Bəhram Bağırzadə və başqaları çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR